İspaniya La Liqasının 6-cı turunda qolsuz bitən "Atletiko" - "Real" derbisindən sonra media qarşısına çıxan meydan sahiblərinin baş məşqçisi Dieqo Simeone maraqlı açıqlama ilə diqqəti çəkib.
Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis bildirib ki, qonaqların müdafiəçisi Serxio Ramos yan xətt hakimini ağır söyüşlərlə təhqir edib, referi isə bunu qulaqardına vurub.
"Hadisə birinci hissədə baş verdi, Ramos yan xətt hakiminə çox pis söyüşlər söydü. Yaxınlaşıb referidən soruşdum ki, sənə "it oğlu" dedi, ananı söydü, bunu necə qəbul edirsən? O isə susdu".
"Diario SPORT" ağır söyüşə görə "Real" kapitanının 4 oyunluq cəzalanacağını istinsa etmir.

