"Real"la başabaş mübarizə apardıq" - Qarabağ"ın rəqibi

23 Sentyabr 2019 17:07 İspaniya 325
"Real"la başabaş mübarizə apardıq" - Qarabağ

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olan "Sevilya" İspaniya La Liqasının 5-ci turu çərçivəsində dünən evdə "Real"a məğlub oldu.

Sportinfo.az xəbər verir ki, Andalusiya klubunun baş məşqçisi Xulen Lopetegi qarşılaşmadan sonra verdiyi açıqlamada məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını deyib:

"Futbolçularıma heç bir irad tuta bilmərəm. Çünki onlar "Real"la başabaş mübarizə apardılar. Təəssüf ki, sonda məğlub olduq. Ancaq 1 xalı haqq edirdik".

Bu tura qədər Primeroda lider olan "Sevilya" Kərim Benzemanın yeganə qoluna qarşılıq verə bilmədi və turnir cədvəlində 5-ci yerə düşdü. Ancaq Lopeteginin komandası liderlər - "Atletik"lə "Real"dan cəmi 1 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti