Futbolçular narazıdır, prezident çarə axtarır

23 Sentyabr 2019 19:05 İspaniya 447
Futbolçular narazıdır, prezident çarə axtarır

“Barselona”nın düşərgəsində gərgin ab-hava var.

Sportinfo.az xəbər verir ki, “Qranada”ya məğlubiyyətdən (0:2) sonra futbolçular komandanın baş məşqçisi Valverdeni günahlandırıblar.

Valverde mətbuat konfransında məğlubiyyətə görə özünün günahkar olduğunu bildirdiyi vaxt, “Barsa”nın paltardəyişmə otağında səfər oyunlarındakı uğursuzluq müzakirə olunub.

Futbolçuların müzakirəsi zamanı bu qənaət formalaşıb: “Nəsə qəribə hal yaşanır. Komanda intensivliyi itirib və heç nə yarada bilmir”.

Məlumata görə, futbolçular baş məşqçiyə etibarı itiriblər. Klub prezidenti Bartomeu isə belə məqamda komandaya impuls verəcək addım atmağa hazırlaşır. Onun Valverdeni istefaya göndərə biləcəyi də istisna edilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti