"Qarabağ"dan sonra bütün diqqətimizi "Real"a yönəltmişik" - Lopetegi

22 Sentyabr 2019 13:21 İspaniya 574
"Qarabağ"dan sonra bütün diqqətimizi "Real"a yönəltmişik" - Lopetegi

"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi La Liqanın V turunda bu gün "Real"la keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandasının Bakı səfərindən sonra bərpa olunduğunu söyləyən ispan mütəxəssis artıq "Real"la matça kökləndiklərini bildirib:

"Qarabağ"la səfər oyunundan sonra bərpa olunmuşuq. Artıq bütün diqqətimizi "Real"a yönəltmişik. Hər saatdan istifadə edirik ki, yaxşı dincələ və oyuna ciddi hazırlaşa bilək.

Əgər siz "Sevilya"nın baş məşqçisinizsə, əlavə motivasiyaya ehtiyac yoxdur. Ümid edirəm ki, uzun müddət bu komandanın sükanı arxasında olaram".

Qeyd edək ki, "Sevilya" - "Real" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti