Aparıcı futbolçular Zidana qarşı - "Real"da qalmaqal böyüyür

21 Sentyabr 2019 14:42 İspaniya 2 464
Aparıcı futbolçular Zidana qarşı -

"Real"ın futbolçuları Çempionlar Liqasının ilk turunda səfərdə PSJ-yə 0:3 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Zinəddin Zidana inamlarını itiriblər.

Sportinfo.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, bəzi aparıcı oyunçularda artıq fransalı mütəxəssisin məşqçilik bacarığına şübhə yaranıb. Onlar düşünürlər ki, 47 yaşlı çalışdırıcı artıq əvvəlki səviyyədə deyil. Bəziləri isə Zidanı Joze Mourinyonun əvəzləyəcəyindən narahatdırlar. Yerli mətbuatın iddiasına görə, baş məşqçi vəzifəsinə digər namizədlər Massimiliano Alleqri və Aytor Karankadır.

Hazırkı vəziyyət "Real"ın İdarə heyətinin üzvlərini razı salmasa da, Zidan gələcəyə nikbin baxır. Komanda 4 turdan sonra 8 xalla 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti