“Barselona”nın niderlandlı ulduzu Premyer Liqa yolunda

10:20 İspaniya 89
“Barselona”nın niderlandlı ulduzu Premyer Liqa yolunda

“Mançester Siti” Frenki de Yonqun transferində maraqlıdır.

Sportinfo.az “The Touchline”a istinadən xəbər verir ki, İngiltərə klubu “Barselona”nın 29 yaşlı niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə cəlb etmək variantını nəzərdən keçirir.

Nəşr yazır ki, Mançester təmsilçisi artıq futbolçunun transfer şərtləri ilə bağlı qarşı tərəfə sorğu ünvanlayıb. “Şəhərlilər” transfer pəncərəsi bağlanana qədər təcrübəli yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

Zədə səbəbindən yeni mövsümün startını buraxan De Yonqun yalnız payızın sonlarına doğru yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bununla yanaşı, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu yaxınlarda niderlandlı futbolçunu komandanın kapitanlar siyahısından çıxarıb.

Məlumat üçün bildirək ki, “Transfermarkt” portalı De Yonqun transfer dəyərini 35 milyon avro qiymətləndirir. Ötən ilin payızında futbolçu Kataloniya klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!