“Atletiko” artıq hücumçusu Xulian Alvaresin mümkün satışına qarşı deyil.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 26 yaşlı futbolçu üçün 150 milyon avro tələb edir.
Argentina millisinin forvardı dünya çempionatı zamanı “Atletiko”dan ayrılmaq istədiyini açıq şəkildə bildirmişdi. Daha sonra Alvares klub rəhbərliyinə “Barselona”ya keçmək arzusunda olduğunu çatdırıb.
Buna baxmayaraq, “Atletiko”nun baş direktoru Migel Anxel Xil daha əvvəl Alvaresin komandadan ayrılmayacağını açıqlamışdı.
Hazırda isə Madrid təmsilçisinin argentinalı futbolçunun satış ehtimalını nəzərdən keçirdiyi və onun transferi üçün 150 milyon avro tələb etdiyi bildirilir.
