ABŞ millisinin hücumçusu ilə maraqlanır - “Barselona”

23 Avqust 17:20 İspaniya 593
ABŞ millisinin hücumçusu ilə maraqlanır - “Barselona”

“Barselona” ilə “Tottenhem” ABŞ millisinin və “Monako”nun hücumçusu Folarin Baloqunla maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

25 yaşlı futbolçu bu yay “Monako”dan böyük məbləğ qarşılığında ayrılacaq. “Barselona”nın Baloquna marağı isə yaxın zamanda yaranıb.

Amerikalı futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun “Monako” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı hücumçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Baloqun 2026-cı il dünya çempionatında ABŞ millisinin heyətində 4 oyunda 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM