“Barselona”ya keçmək üçün rəhbərliklə danışacaq

21:40 İspaniya 79
“Barselona”ya keçmək üçün rəhbərliklə danışacaq

“Atletiko”nun hücumçusu Xulian Alvares hələ də “Barselona”nın transfer siyahısında yer alır.

Sportinfo.az “El Partidazo de COPE”-yə istinadən xəbər verir ki, argentinalı forvard “Barselona”ya keçmək istəyini “Atletiko” rəhbərliyinə bildirərək, klublar arasında danışıqların başlanmasına təşəbbüs göstərəcək.

Kataloniya klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini də mümkün qədər tez yekunlaşdırmaq istəyir.

Alvares 2025/26 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 49 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı 26 yaşlı hücumçunun dəyərini 120 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti