“Mançester Yunayted”dən tanıdığı futbolçunu “Real”da görmək istəyir - Mourinyo

9 İyul 18:20 İspaniya 451
“Mançester Yunayted”dən tanıdığı futbolçunu “Real”da görmək istəyir - Mourinyo

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçunun xidmətində “Real” maraqlıdır.

Bildirilir ki, Madrid təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo Maktomineyin transferinin reallaşmasını şəxsən istəyir. Yarımmüdafiəçi daha əvvəl portuqaliyalı mütəxəssislə “Mançester Yunayted”də birlikdə çalışıb.

Maktominey “Napoli”yə 2024-cü ildə “Mançester Yunayted”dən 30 milyon avro qarşılığında transfer olunub. Onun Neapol klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir.

29 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!