Kərimi transfer etmək üçün rəsmi sorğu göndərdi - “Barselona”

9 İyul 15:20 İspaniya 551
Kərimi transfer etmək üçün rəsmi sorğu göndərdi - “Barselona”

“Barselona” Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemini transfer etmək üçün rəsmi sorğu göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu da karyerasını La Liqa çempionunun heyətində davam etdirməyə hazırdır.

Klublar arasında danışıqlar hazırda aktiv mərhələdədir.

Adeyeminin transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

24 yaşlı oyunçu ötən mövsüm bütün turnirlərdə 39 matçda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!