Ötən mövsümün ikinci yarısında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarə əsasında “Barselona”da çıxış edən Joao Kanselo yaxın vaxtlarda yenidən Kataloniya təmsilçisinin formasını geyinə bilər.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Portuqaliya millisinin İspaniya yığmasına 1/8 final mərhələsində məğlub olaraq (0:1) DÇ-2026 ilə vidalaşmasından sonra transfer prosesinin sürətlənəcəyi gözlənilir.
Tərəflər müddəti 2 il olan müqavilə ilə bağlı demək olar ki, razılığa gəliblər. Hazırda yalnız bəzi detalların dəqiqləşdirilməsi qalır.
Kanselo yenidən “Barselona”da çıxış etmək istəyir və “Əl-Hilal”a qayıtmaq niyyətində deyil. Portuqaliyalı müdafiəçi Kataloniya klubuna dönüş naminə maaşının azaldılmasına da razıdır.
“Barselona” Kanselonun keçidini rəsmiləşdirdikdən sonra bütün diqqətini mərkəz hücumçusunun transferinə yönəldəcək.
Bundan əlavə, Kanselonun “Əl-Hilal” rəhbərliyinə ultimatum verdiyi də bildirilir.

