Dünya çempionatına gedir: “Mənim üçün xəyal gerçəkləşdi”

10:00 İspaniya 122
Dünya çempionatına gedir: “Mənim üçün xəyal gerçəkləşdi”

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi 2026-cı il dünya çempionatına çağırılmasını emosional şəkildə şərh edib.

Millinin baş məşqçisi Luis de la Fuente yekun siyahını açıqladıqdan sonra Qavi sosial şəbəkədə paylaşım edərək, sevincini bölüşüb.

O, uzun müddət davam edən zədədən sonra milliyə qayıtmağın onun üçün xüsusi məna daşıdığını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, son illərdə yaşadığı çətinliklər, əməliyyat və bərpa prosesi fonunda bu çağırışın dəyərinin fərqli olduğunu vurğulayıb:

“Mənim üçün xəyal gerçəkləşdi və ikinci dünya çempionatımda ölkəmi təmsil edəcəm. Yaşadığım çətinliklərdən sonra bu hiss daha fərqlidir. Komandamız üçün əlimdən gələni edəcəm ki, ölkəmiz qürur duysun”.

Qavi zədəsinə görə uzun müddət İspaniya millisindən kənarda qalmışdı.

İspaniya millisi dünya çempionatında qrup mərhələsində Səudiyyə Ərəbistanı, Kabo-Verde və Uruqvay yığmaları ilə mübarizə aparacaq.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti