Klub prezidenti postuna namidəz seçki kampaniyasına start verdi

26 May 00:20 İspaniya 561
Klub prezidenti postuna namidəz seçki kampaniyasına start verdi

“Real”da prezident seçkiləri öncəsi rəqabət daha da qızışıb. Prezidentliyə namizəd Enrike Rikelme rəsmi seçki qərargahını klubun stadionu “Santyaqo Bernabeu”nun qarşısında açaraq kampaniyasına start verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rikelme artıq rəsmi şəkildə klub prezidentliyinə namizəd kimi təsdiqlənib.

O, lazımi bank zəmanətlərini təqdim edib və bütün tələb olunan sənədləri tamamlayıb.

37 yaşlı iş adamı hazırkı prezident Florentino Peresin əsas rəqiblərindən biri kimi göstərilir.

Rikelmenin seçki kampaniyasının şüarı isə “Miras və gələcək” (“Herencia y futuro”) olaraq müəyyən edilib.

Bu sloqan onun klubun tarixi uğurlarını qorumaqla yanaşı, yeni inkişaf mərhələsinə keçid vəd etdiyini simvolizə edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?