“Barselona” ilə danışır - 25 milyon avroluq bənd yalnız 1 ay aktiv olacaq

26 May 00:10 İspaniya 584
“Barselona” ilə danışır - 25 milyon avroluq bənd yalnız 1 ay aktiv olacaq

“Barselona” müdafiə xəttinin sağ cinahını gücləndirmək üçün çalışmalarını davam etdirir.

Kataloniya təmsilçisinin diqqət mərkəzinə yenidən Denzel Dumfris düşüb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, “İnter”in formasını geyinən niderlandlı müdafiəçi yay transfer dönəmində klubunu dəyişə bilər.

Futbolçunun nümayəndələri artıq Avropanın aparıcı klubları ilə danışıqlara başlayıblar və bu çərçivədə “Liverpul”la yanaşı, “Barselona” ilə də görüş keçirilib.

Dumfrisin müddəti 2028-ci ilə qədər qüvvədə olan müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi var. Ancaq bu bənd yalnız bir ay ərzində aktiv olacaq.

Bildirilir ki, ötən yay 30 yaşlı futbolçunun həmin dövrdəki agenti Jorje Mendeş onun “Barselona”ya keçidi üçün ciddi səylər göstərmişdi. Ancaq klubun maliyyə problemləri səbəbindən transfer baş tutmamışdı.

Kataloniya klubunun bu dəfə Dumfrisi heyətinə qata bilib-bilməyəcəyi digər transfer əməliyyatlarının nəticəsindən sonra dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?