Meneceri 19 yaşlı portuqalı “Real”a keçməyə razı salmağa çalışır

25 May 21:40 İspaniya 505
Meneceri 19 yaşlı portuqalı “Real”a keçməyə razı salmağa çalışır

“Real” “Portu”nun yarımmüdafiəçisi Rodriqo Mora uğrunda mübarizədə önə keçib.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun agenti Jorje Mendeş onu məhz “kral klubu”na keçməyə razı salmağa çalışır.

Portuqaliyalı futbolçu ilə “Bardelona” da yaxından maraqlanır.

“Portu” Mora üçün təxminən 40 milyon avro tələb edəcək. Oyunçu başa çatan mövsümdə “əjdahalar”ın heyətində Portuqaliya çempionu olub.

O, bütün turnirlər daxil olmaqla keçirdiyi 44 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!