“Barselona”ya keçəcəyi iddia olunan hücumçunun meneceri ora getdi

25 May 15:20 İspaniya 510
“Barselona”ya keçəcəyi iddia olunan hücumçunun meneceri ora getdi

“Atletiko”dan ayrılıb “Barselona”ya keçəcəyi iddia olunan Xulian Alvares yenidən gündəmdədir.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, argentinalı hücumçu kataloniyalıların əsas transfer hədəflərindən biri hesab olunur.

26 yaşlı futbolçunun agenti Barselonaya gedib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

Səfərin konkret məqsədi açıqlanmasa da, bu addım Alvaresin mümkün transferi ilə bağlı iddiaları daha da gücləndirib.

“Atletiko” dünən La Liqanın son turunda “Vilyarreal”a 1:5 hesabı ilə məğlub olub. Oyundan sonra Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone, Xulian Alvaresin gələcəyi ilə bağlı suala verdiyi cavabla ayrılıq ehtimalını daha da artırıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!