Mourinyo geri qayıtsa, “Real” yeni hücumçu alacaq

24 May 20:25 İspaniya 323
Mourinyo geri qayıtsa, “Real” yeni hücumçu alacaq

“Real” hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyonu baş məşqçi postuna geri qaytara bilər.

Bu təyinat baş tutarsa, portuqaliyalı mütəxəssis Madrid klubunun heyətini gücləndirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yay transfer pəncərəsində yeni hücumçu ilə müqavilə imzalamağı planlaşdırır. Lakin potensial transfer üçün namizədlərin adları hələ açıqlanmayıb.

“Real” bu mövsüm İspaniya La Liqasının turnir cədvəlində 2-ci yeri tutub. Madrid komandası La Liqanın son turunda evdə “Atletik”ə 4:2 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...