Bu hücumçunu transfer etmək istədiyini bildirdi - İspaniya klubu

17 Yanvar 22:00 İspaniya 108
Bu hücumçunu transfer etmək istədiyini bildirdi - İspaniya klubu

“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını yenidən İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

“Atletiko” “Marsel”lə əlaqə yaradaraq, daha əvvəl İspaniyada “Xetafe”də forma geyinmiş 24 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq niyyətini bildirib.

Ancaq Qrinvud maraq göstərən digər klublara baxmayaraq, “Marsel”dən ayrılmağa tələsmir.

İngiltərəli forvardın transfer qiymətinin “Atletiko” üçün təxminən 100 milyon avro olacağı bildirilir.

O, cari mövsümdə bütün turnirlərdə 25 oyunda iştirak edib, 19 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Marsel”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0