“Bu, olmasa, orada uzun müddət qalmaq mümkün deyil”

22:00 İspaniya 96
“Bu, olmasa, orada uzun müddət qalmaq mümkün deyil”

“Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan “kral klubu”nda baş məşqçi kimi uğur qazanmağın əsas şərtindən danışıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis “Real”da işləyən hər bir məşqçinin daim futbolçuların yanında olmalı olduğunu bildirib:

“Real”ın məşqçiləri hər zaman futbolçuların ixtiyarında olmalıdır. Uğurun açarı ondadır ki, baş məşqçi oyunçulara yaxın olsun.

B,u olmasa, orada uzun müddət qalmaq mümkün deyil. Futbolçulara hər zaman onların yanında olduğunu göstərməlisən.

Onları dəstəkləmək və özlərinə inam aşılamaq vacibdir. Biz komandada uğur qazanmaq üçün uyğun şərait yaratmışdıq”.

Zidan “Real”ın “sükanı arxasında” əlamətdar uğura imza atıb. Madrid təmsilçisi onun rəhbərliyi altında UEFA Çempionlar Liqasını üç dəfə ardıcıl qazanaraq turnir tarixində rekord müəyyənləşdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti