“Ayaks”ın 19 yaşlı yarımmüdafiəçisi Rayan Bunida Avropanın böyük klublarının diqqətini çəkməyə davam edir.
Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, “Barselona” niderlandlı oyunçunun transferinə ciddi maraq göstərir.
Bunida həm mərkəzdə, həm də cinahlarda oynaya bilir. Həmçinin, “Real” da onun transferi uğrunda mübarizə aparır.
Rayan Bunida “Ayaks”ın yetirməsidir və onun klubla müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə kimidir. O, cari mövsümdə 22 oyunda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.

