"Bəzi oyunçular sadə görünən öhdəlikləri qəbul etmir və ya, yerinə yetirə bilmirlər"

18:20 İspaniya 90
"Bəzi oyunçular sadə görünən öhdəlikləri qəbul etmir və ya, yerinə yetirə bilmirlər"

“Real”ın sabiq futbolçusu Alvaro Benito Xabi Alonsonun klubun baş məşqçi postundan ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Benito hesab edir ki, ispan mütəxəssis Leverkuzen “Bayer”ində qazandığı uğurları Madriddə təkrarlaya bilmədi, ancaq bu uğursuzluğa görə məsuliyyət təkcə məşqçinin üzərində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Alonsonun “Bayer”də son dərəcə intizamlı, hücumameyilli, dinamik və aqressiv futbol oynadan komanda qurduğunu bildirib:

“Biz onun Avropa Liqasının finalına yüksəldiyini, “Bayern”in hegemonluğuna son qoyaraq Bundesliqanı qazandığını gördük.

“Real”a məhz buna görə dəvət olunmuşdu. Amma o, bu uğuru burada təkrarlaya bilmədi”.

Benito vurğulayıb ki, Alonsonun oyun modelinin işləməməsinin səbəblərindən biri bəzi futbolçuların bu tələbləri yerinə yetirmək istəməməsi və ya, buna qadir olmamasıdır:

“Bəzi oyunçular sadə görünən öhdəlikləri qəbul etmir və ya, yerinə yetirə bilmirlər. Bu, artıq ümumi bir məğlubiyyətdir. Bu, təkcə Xabi Alonsonun yox, həm də klubun məğlubiyyətidir”.

Sabiq futbolçu sonda sual edib:

“İndi bu futbolçuları kim oynadacaq? Kim onlara öz iradəsini qəbul etdirəcək? Kim onları inandıracaq ki, rəqabətədavamlı olmaq üçün düzgün yol onların getdiyi yol yox, başqa yoldur?”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti