"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.
Sportinfo.azın futbolxeber.az-a istinadən məlumatına görə, 43 yaşlı mütəxəssisin köməkçilərindən biri vaxtı ilə Azərbaycanda çalışıb.
Söhbət fiziki hazırlıq üzrə mütəxəssis Rikardo da Silvadan gedir. Belə ki, da Silva 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.
P.Qonzales 2013-2016-cı illərdə Azərbaycan yığmasını çalışdırıb.
Rikardo da Silva "Kastilya"da Arbeloa ilə birgə çalışıb. Buna qədər isə o, "Rayo Valekano" və "Valensiya"da işləyib.


