“Real”da Xabi Alonso ilə vidalaşmayan 7 futbolçu kimdir?

00:20 İspaniya 160
“Real”da Xabi Alonso ilə vidalaşmayan 7 futbolçu kimdir?

“Real”ın ən azı yeddi futbolçusu sosial şəbəkədə klubun keçmiş baş məşqçisi Xabi Alonso ilə vidalaşmayıb.

Sportinfo.az xəbər verir ki, bunu “Marca” nəşri diqqətlə araşdırıb və müəyyən edib.

Adları çəkilən oyunçular arasında Vinisius Junior, Eder Militao, Trent Aleksander-Arnold, Ferlan Mendi, Çud Bellingem, Brahim Dias və Franko Mastantuono yer alır. Onlar Alonsonun postunu tərk etməsinə heç bir rəy bildirməyib.

Əksinə, Kilian Mbappe və digər bəzi futbolçular Alonsonun gedişinə münasibət bildirərək, peşəkar çalışmaları üçün təşəkkürlərini ifadə ediblər.

Paylaşım etməyən 7 futbolçudan yalnız Brahim Dias üçün istisna var. O, hazırda Mərakeş millisində vacib önəm daşıyan Afrika kubokuna fokuslandığı üçün sosial şəbəkədə Alonsoya vida mesajı yazmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!