COP29

“ O, final oyununa çıxacaqmı? Yüz faiz hazır deyilsə, yox”

19 May 00:20 İspaniya 537
“ O, final oyununa çıxacaqmı? Yüz faiz hazır deyilsə, yox”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın mərkəz müdafiəçisi Eder Militaonun durumu haqda danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, braziliyalı futbolçunun iyunun 1-də Dortmund “Borussiya”sı ilə matçda start heyətində yer alması ehtimalını dəyərləndirib:

“Militao Çempionlar Liqasının final oyununa çıxacaqmı? Yüz faiz hazır deyilsə, yox.

O, “Vilyarreal”la oyunda start heyətində olacaq. Sonra hər şeyin necə gedəcəyini görəcəyik”.

Xatırladaq ki, Militao çarpaz bağ zədəsi səbəbindən mövsümün çox hissəsini buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!