Fransa klubuna keçəcək - “Real”ın braziliyalı hücumçusu

13 Dekabr 2025 21:40 İspaniya 528
Fransa klubuna keçəcək - “Real”ın braziliyalı hücumçusu

“Real” “Lion”la braziliyalı hücumçu Endrikin icarə müqaviləsini rəsmiləşdirib.

O, yanvarda madridlilərdən ayrılaraq yeni klubunda oyun təcrübəsi qazanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

İcarə hər iki tərəf üçün faydalıdır. Endrik Avropa turnirlərində çıxış edən komandada oyun praktikası qazanacaq və Braziliya millisinin heyətinə düşmək üçün baş məşqçi Karlo Ançelottini təsirləndirmək şansı əldə edəcək.

“Real” isə 19 yaşlı futbolçuya sərf etdiyi 60 milyon avrodan çox investisiyanı qoruyur. Klub onun potensialına inamını saxlayır və qiymətini qorumaq üçün icarəni vacib addım hesab edir.

Bu addım həm oyunçunun, həm də klubun gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti