Bu oyunu da udmasalar, onu istefaya göndərəcəklər? - Yerinə namizəd var

19:00 İspaniya 161
Bu oyunu da udmasalar, onu istefaya göndərəcəklər? - Yerinə namizəd var

“Real”ın baş məşqçisi Xabi Alonsonun vəzifəsini itirmə riski yarandığı bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqada “Alaves”lə qarşıdakı oyunda uğursuz nəticə “kral klubu”nun rəhbərliyini ispaniyalı mütəxəssislə yolları ayırmağa vadar edə bilər.

Alonsonun mümkün əvəzləyicisi kimi əsas namizəd Zinəddin Zidan göstərilir. Fransalı mütəxəssis 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.

Ancaq hazırda Madrid klubu Zidanın qayıdışı ilə bağlı onunla heç bir danışıqlar aparmır.

Xabi Alonso bu ilin iyununda “Real”ın baş məşqçisi təyin olunub. Ondan əvvəl komandaya dörd il ərzində italiyalı Karlo Ançelotti rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti