“Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

15:40 İspaniya 100
“Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

“Barselona”nın cinah oyunçusu Markus Reşforddan İngiltərədən köçdükdən sonra Kataloniya klubuna necə uyğunlaşdığı soruşulub.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli özünü rahat hiss etdiyini bildirib:

“Bütün komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Əvvəldən şəhərdə özümü rahat hiss edirəm.

Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlayıram. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm, bunun üzərində çox çalışıram”.

“Barselona” 28 yaşlı futbolçunu bu ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb.

Reşford “Barselona”nın heyətində bütün yarışlarda 21 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti