“Premyer Liqada özünü sübut etmişdi, uğursuz olsa da, daha yüksək qiymətə satıla bilərdi”

13 Dekabr 2025 12:20 İspaniya 450
“Premyer Liqada özünü sübut etmişdi, uğursuz olsa da, daha yüksək qiymətə satıla bilərdi”

“Barselona”nın sabiq idman direktoru Jordi Kroyff Kataloniya klubunun daha əvvəl Rafinya Dias və Antoni arasında seçim etməsinin səbəbini izah edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner bunu deyib:

“Mən “Barselona”da olanda Rafinya ilə Antoni arasında seçim etməli idik. Birincisini seçdik, çünki o, artıq Premyer Liqada özünü sübut etmişdi.

Yəni, “Barselona”da uğursuz olsa belə, daha yüksək qiymətə satıla bilərdi”.

“Barselona” Rafinyanı 2022-ci ilin iyul ayında “Lids”dən alıb. Elə həmin yay Antoni “Ayaks”dan “Mançester Yunayted”ə keçib.

Lakin Antoni İngiltərə klubunda uğursuz olub və nəticədə “Betis”ə transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!
23 Yanvar 04:20 "Ordu"ya qalib gəldilər