Ərəbistan klubunun misirli hücumçusu ilə maraqlanır - “Barselona”

00:00 İspaniya 113
Ərəbistan klubunun misirli hücumçusu ilə maraqlanır - “Barselona”

Səudiyyə Ərbistanının “Əl-Əhli” klubunun hücumçusu Hamza Abdelkarim “Barselona”nın maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Kataloniya klubunun idman direktoru Deku 17 yaşlı hücumçunun transferində şəxsən maraqlıdır. Dekunu oyunçunun U-17 dünya çempionatındakı çıxışı xüsusilə təsirləndirib.

Misirli forvard da potensial keçidi müsbət qarşılayır. Ancaq “Əl-Əhli” rəhbərliyi danışıqlara başlamaq niyyətində deyil və futbolçunu komandada saxlamaq istəyir.

“Barselona” La Liqanın 16 turundan sonra 40 xal toplayaraq, turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!