“Barselona”dakı çıxışı ilə tanın sabiq futbolçu Tiaqo Alkantara müstəqil məşqçi kimi fəaliyyətə başlamağa tələsmir.
O, hazırda “Barselona”da Hans-Diter Flikin məşqçilər heyətində çalışır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın autsayderi “Levante” Tiaqoya baş məşqçi vəzifəsini təklif edib.
Ancaq ispaniyalı mütəxəssis həmin təklifi qəbul etməyərək, kluba “yox” cavabı verib.
Cari mövsümdə 15 turdan sonra 9 xal toplayan “Levante” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
34 yaşlı Alkantara bu ilin sentyabrında “Barselona”ya qayıdıb.

