“Barselona”da qalmaq fikrinə gəldi - Müqaviləni uzadacaq

12 Dekabr 2025 18:40 İspaniya 824
“Barselona”da qalmaq fikrinə gəldi - Müqaviləni uzadacaq

“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubdan ayrılmaq niyyətində deyil.

Polşalı futbolçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı forvard çıxışını Kataloniya klubunda davam etdirmək qərarını verib.

Levandovski komandada qalmaq üçün qətiyyətlidir və hətta maaşının azaldılmasına belə, razıdır.

O, bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə 17 matça çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Levandovski 2026-cı ilin avqustunda 38 yaşını qeyd edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü