“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandanın baş məşqçisi Xabi Alonso haqqında yayılan söz-söhbətlərə münasibət bildirib.
İspaniya mətbuatında ingilis futbolçunun guya Alonsonun istefasını istəyənlərdən biri olduğu iddia olunurdu.
Sportinfo.az “Football Espana”-ya istinadən xəbər verir ki, Bellingem baş məşqçilərinin möhtəşəm olduğunu deyib:
“Bizim məşqçimiz möhtəşəmdir. Şəxsən mənim onunla münasibətlərim əladır və bilirəm ki, komanda yoldaşlarımın çoxu da belə düşünür.
Ard-arda heç-heçələrdən sonra çox detallı daxili müzakirələr apardıq və həmin seriyanı arxada qoyduğumuzu hiss etdik, son iki matç istisna olmaqla. Heç kim təslim olmur, şikayət etmir, gileylənmir”.
O, komandanın vəziyyəti yaxşılaşdırmaq üçün çalışdığını da vurğulayıb:
“Biz hələ də vəziyyəti təhlil edirik, nəyi yaxşılaşdıra biləcəyimizi axtarırıq. Paltardəyişmə otağında bunu dəyişmək üçün lazım olan hər şey var.
Bəlkə bir az şansa ehtiyacımız var, bəlkə də, komanda daxilində bir neçə məsələni yenidən müzakirə etməliyik”.

