"Məsələ mən deyiləm"

12 Dekabr 2025 00:20 İspaniya 803
"Məsələ mən deyiləm"

“Burada əsas olan “Real Madrid”dir, məsələ mən deyiləm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri kral klubunun baş məşqçisi Xabi Alonso ötən gecə Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

O, komandadakı gələcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Növbəti oyun barədə düşünürəm. Əsas məsələ komandadır, futbolçulardır və mənim onlara necə kömək edə biləcəyimdir”.

Qeyd edək ki, qarşılaşmadan əvvəl ispan mütəxəssisin məğlubiyyət olacağı halda istefaya göndərilə biləcəyi iddia olunurdu.

Sözügedən oyunla “Real” bu mövsümdə Çempionlar Liqasında ilk dəfə evdə məğlub olub.

Hazırda Madrid klubu turnir cədvəlində 12 xal toplayaraq 7-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü