Yaxın vaxtlarda istefaya göndərilməyəcək - Paytaxt klubundan XƏBƏR

11 Dekabr 21:40 İspaniya 111
Yaxın vaxtlarda istefaya göndərilməyəcək - Paytaxt klubundan XƏBƏR

“Real”ın baş məşqçisi Xabi Alonso yaxın vaxtlarda istefaya göndərilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Son günlər komandanın uğursuz nəticələri fonunda onun vəzifəsini itirə biləcəyi barədə məlumatlar yayılmışdı.

Madridlilər ötən gün Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub oldu.

Xabi Alonso “Real”ı bu ilin yayında təhvil alıb. O, bundan əvvəl “Bayer”i çalışdırıb və Leverkuzen komandasını Bundesliqanın çempionu edib.

“Real” La Liqada 16 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!