“Real”ın baş məşqçisi Xabi Alonso komandanın son nəticələri fonunda futbolçularından məyus olub-olmadığı barədə suala cavab verib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında komandanın hazırkı durumuna kollektiv məsuliyyət kimi yanaşdığını bildirib:
“Hamımız birlikdə bu vəziyyətə düşmüşük və hamımız eyni qayıqdayıq. İstisna yoxdur.
“Santyaqo Bernabeu”da azarkeşlərlə eyni dili tapmaq üçün enerji lazımdır. Bunu bacarsaq, “Mançester Siti” ilə oyunda qələbə şansımız olacaq”.
“Real” keçirdiyi son 7 matçın yalnız ikisində qalib gəlib. La Liqanın son turunda “Selta”ya 0:2 hesabı ilə uduzan madridlilər lider “Barselona”dan artıq 4 xal geri qalır.
Komanda Çempionlar Liqasının 6-cı turunda bu gün, saat 00:00-da “Mançester Siti”ni qəbul edəcək.

