Baş məşqçi postuna sabiq futbolçusunun namizədliyini gözdən keçirir

01:40 İspaniya 97
Baş məşqçi postuna sabiq futbolçusunun namizədliyini gözdən keçirir

“Real”ın sabiq müdafiəçisi Alvaro Arbeloa baş məşqçi Xabi Alonsonun yerinə potensial namizəd kimi nəzərdən keçirilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Arbeloa “Real”ın gənclər komandasına rəhbərlik edir və hazırda baş məşqçi vəzifəsinə ən prioritet namizədlərdən biridir.

Alonsonun qovulması UEFA Çempionlar Liqasındakı “Mançester Siti”yə qarşı oyunda məğlubiyyətlə reallaşa bilər. Əvvəllər bu post üçün həm Yurgen Kloppun, həm də Zinəddin Zidanın adları hallanmışdı.

“Real” hazırda İspaniya La Liqasında 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madridlilərin Çempionlar Liqasında isə 5 turdan sonra 12 xalı var və 36 komanda arasında 5-cidir.

Çempionlar Liqasının 6-cı turunda baş tutacaq “Real” – “Mançester Siti” qarşılaşması sabah, saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!