Bir daha “Barselona” ilə meydana çıxmaya bilər

21:40 İspaniya 92
Bir daha “Barselona” ilə meydana çıxmaya bilər

“Barselona”nın müdafiəçisi Ronald Arauxo bir daha Kataloniya klubunun heyətində meydana çıxmaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb:

“Arauxonun problemi göründüyündən daha ciddidir. O, bir daha “Barselona” üçün oynamaya bilər”.

Uruqvaylı futbolçu bir müddətdir psixoloji çətinliklərlə üzləşib və hazırkı vəziyyətdə “Barselona”nın tələb etdiyi səviyyədə rəqabət apara bilmədiyini etiraf edib.

Onun emosional durumu xüsusilə, Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və 44-cü dəqiqədə qırmızı vərəqə aldığı, komandasının isə 0:3 hesabı ilə uduzduğu görüşdən sonra daha da ağırlaşıb.

Arauxo psixoloji vəziyyətini normallaşdıra bilməsə, “Barselona” qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi ilə müqavilə imzalaya bilər.

Digər Xəbərlər
Xəbər Lenti