Baş məşqçi postuna namizədləri arasında Zidan yoxdur - Paytaxt təmsilçisində

9 Dekabr 2025 15:40 İspaniya 708
Baş məşqçi postuna namizədləri arasında Zidan yoxdur - Paytaxt təmsilçisində

“Real” baş məşqçisi Xabi Alonsonu istefaya göndərə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

“Kral klubu” artıq Alonsonun yerinə iki namizədi müəyyənləşdirib. Həmin mütəxəssislərin adları açıqlanmır, ancaq onların arasında komandanın əvvəlki baş məşqçisi Zinəddin Zidan yoxdur.

Bildirilir ki, Zidan Fransa millisində işləmək niyyətindədir və 2026-cı il dünya çempionatından sonra Didye Deşamın yerini tuta bilər.

“Real” mövsümün bu mərhələsində uğursuz çıxış edir. Madrid klubu La Liqada son beş oyunda cəmi bir qələbə qazanıb.

Alonsonun komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti