
“Barselona”nın braziliyalı hücumçusu Rafinya zədəsini sağaldaraq oktyabrın 26-da baş tutacaq “Real Madrid”lə oyunda meydana qayıdacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu sentyabrın sonlarından etibarən bud əzələsindəki zədəyə görə oynaya bilmirdi.
Klub rəhbərliyi Rafinyanın tam bərpa prosesini tamamlaması üçün onun oktyabrın 21-də keçiriləcək Çempionlar Liqasının “Olimpiakos”la oyununda iştirak etməməsi qərarına gəlib.
28 yaşlı futbolçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.