
“Barselona” sabiq futbolçusu Lionel Messinin komanda ilə debütünün ildönümünü qeyd edib.
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidməti sosial şəbəkədə paylaşım edərək, argentinalı hücumçunun ilk oyununu yada salıb.
Messi 21 il əvvəl, 2004/2005 mövsümündə “Espanyol”a qarşı ilk dəfə “Barselona” forması geyinmişdi. Klubun paylaşımında deyilir:
“Biz Messi ilə nə baş verəcəyini bilmirdik”.
Messi 2021-ci ilə qədər “Barselona”nın əsas oyunçularından biri olub. O, daha sonra iki mövsüm PSJ-də çıxış edib.
Hazırda “İnter Mayami”nin formasını geyinən Messi bu mövsüm MLS-də 27 oyunda 26 qol vurub, 15 məhsuldar ötürmə verib. O, 8 dəfə “qızıl top”un sahibi olub.