Fransalı müdafiəçini üç dəfə aşağı qiymətə almaq istəyir - Paytaxt klubu

17 Oktyabr 2025 00:20 İspaniya 562
Fransalı müdafiəçini üç dəfə aşağı qiymətə almaq istəyir - Paytaxt klubu

Fransalı müdafiəçi Dayot Upamekano “Bayern”dən ayrılaraq İspaniya La Liqasına keçə bilər.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır. Bu barədə “Bayern&Germany” məlumat yayıb.

“Real” fransalı müdafiəçiyə görə 20 milyon avro ödəməyi planlaşdırır. Halbuki, “transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.

Upamekanonun Münhen təmsilçisi ilə olan müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimidir. O, bu mövsüm Almaniya Bundesliqasında 6 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti