“Uşaqlıqdan “Barselona”da oynamağı arzulamışam, indi bu arzunu yaşayıram”

17 Oktyabr 00:10 İspaniya 415
“Uşaqlıqdan “Barselona”da oynamağı arzulamışam, indi bu arzunu yaşayıram”

Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq “Barselona” ilə müqaviləsinin müddətini uzatdıqdan sonra klubla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “Marca”-ya açıqlamasında kataloniyalılara olan sevgisini vurğulayıb:

“Uşaqlıqdan “Barselona”da oynamağı arzulamışam. İndi isə bu arzunu yaşayıram. Klubda uzun illər qalmaq və yeni titullar qazanmaq üçün səbirsizlənirəm”.

De Yonq bu yaxınlarda “Barselona” ilə müqaviləsinin müddətini 2029-cu ilin yayına qədər uzadıb.

O, cari mövsümdə La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

“Barselona” növbəti oyununu oktyabrın 18-də, evdə “Jirona”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO