“El klasiko”nu buraxa bilər - “Barselona”nın braziliyalı vingeri

15:40 İspaniya 119
“El klasiko”nu buraxa bilər - “Barselona”nın braziliyalı vingeri

“Barselona”nın vingeri Rafinya Dias La Liqanın ən vacib oyunlarından birini – “Real”a qarşı matçı buraxa bilər.

Braziliyalı futbolçu sentyabrın sonunda zədələnib və bu səbəbdən komandasının son üç matçında, eləcə də Braziliya yığmasının oktyabr toplanışında iştirak etməyib.

Sportinfo.az RAC1-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun bərpa prosesi gözləniləndən çətin keçir və bəzi fəsadlar yaranıb.

O, “el klasiko”ya qədər sıraya dönməyə ümid etsə də, iştirak ehtimalı hazırda çox yüksək qiymətləndirilmir.

“Barselona” “Real”la səfər oyununu 26 oktyabrda keçirəcək. Hans-Diter Flikin komandası bu qarşılaşmadan əvvəl oktyabrın 18-də “Jirona”, 21-də isə UEFA Çempionlar Liqasının 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti