Ad gününü qeyd etmək üçün böyük ziyafət təşkil etdi, asayişi pozmaqda ittiham olundu

16 Oktyabr 2025 12:00 İspaniya 908
Ad gününü qeyd etmək üçün böyük ziyafət təşkil etdi, asayişi pozmaqda ittiham olundu

“Real Madrid”in hücumçusu Vinisius Junior ad gününü qeyd etmək üçün təşkil etdiyi böyük ziyafət zamanı asayişi pozmaqda ittiham olunub.

Sportinfo.az xəbər verir ki, bu haqda “Mundo Deportivo” məlumat yayıb.

İşə kiçik cinayətlər üzrə ixtisaslaşmış Rio-de-Janeyro Xüsusi Cinayət Məhkəməsi baxır. İstintaq futbolçunun üç gün (19-21 iyul) ad gününü qeyd etdiyi yerin yaxınlığında yaşayan qonşunun şikayəti əsasında başlanıb.

Məlumata görə, xüsusi olaraq icarəyə götürülmüş malikanədə ümumilikdə 500-ə yaxın qonaq olub.

Narahatlıqdan şikayətçi olan şəxs polisə zəng etdiyini bildirib.

Braziliya qanunlarına görə, “dincliyi və ya iş mühitini pozmaq” 15 gündən 3 aya qədər həbs cəzası və ya cəriməni nəzərdə tutur.

Məhkəmə noyabrın 6-na təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti