Daha bir futbolçu ilə müqaviləni yeniləyəcək - “Barselona”

15 Oktyabr 2025 15:20 İspaniya 707
Daha bir futbolçu ilə müqaviləni yeniləyəcək - “Barselona”

“Barselona” əsas oyunçularla müqavilələri yeniləməyə davam edir.

Klub qısa müddət əvvəl yarımmüdafiəçi Frenki de Yonqla yeni sözləşmə imzalanacağını elan edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə daha bir futbolçu – Erik Qarsiya da “Barselona” ilə yeni müqavilə bağlayacaq.

24 yaşlı müdafiəçinin anlaşmasının müddəti 2030-cu ilə qədər nəzərdə tutulacaq.

İspaniyalı futbolçunun hazırkı sözləşməsinin müddəti gələn ilin ortasında başa çatacaq. O, həm mərkəzdə, həm də cinah müdafiəçisi mövqelərində çıxış edə bilir.

Qarsiya bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə 10 oyunda meydana çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti