Özünü “el klasiko”ya çatdırmaq istəyir - “Barselona”nın hücumçusu

18:20 İspaniya 109
Özünü “el klasiko”ya çatdırmaq istəyir - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Rafinya Dias zədəsini geridə qoymaq üçün böyük əzmkarlıq göstərir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu gündəlik olaraq zalda fərdi məşqlərini davam etdirir və mümkün qədər tez sıraya dönmək istəyir.

Kataloniya klubu ümid edir ki, Rafinya “Real”la oktyabrın 26-da keçiriləcək “el klasiko”ya qədər tam hazır vəziyyətdə olacaq. Onun özü də bu oyunda iştirak etməyi çox arzulayır.

28 yaşlı oyunçunun “Jirona” ilə növbəti matçın iştirak ərizəsinə salınması ehtimalı var, ancaq bu, az inandırıcı görünür.

“Barselona”nın məşqçilər heyəti riskə getmək istəmir və Rafinyanın bərpa prosesini tələsmədən davam etdirməyi planlaşdırır.

O, cari mövsümdə La Liqa və UEFA Çempionlar Liqasında 7 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?