“Mən ehtiyatda oturmaq istəmirdim, bilirdim ki, meydana çıxmaq mümkün olmayacaq“

02:20 İspaniya 84
“Mən ehtiyatda oturmaq istəmirdim, bilirdim ki, meydana çıxmaq mümkün olmayacaq“

“Real”ın hücumçusu Kilian Mbappe karyerasının əvvəlində “Monako”dan hazırkı klubuna transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı forvard “Madrid Universal”-a açıqlamasında 2017-ci ildə “Real”a keçməməsinin arxasındakı qərarını belə izah edib:

“Monako”dan ayrıldığım vaxt cəmi 18 yaşım var idi. O zaman “Real”da Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl kimi top-oyunçular oynayırdı.

Mən isə ehtiyatda oturmaq istəmirdim. Bilirdim ki, hər oyunda meydana çıxmaq mümkün olmayacaq.

Mənim üçün əsas olan daimi oyun praktikası idi. Buna görə də PSJ-nin təklifini qəbul etdim”.

Mbappe ötən yay “Real”a keçib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM