Yamaldan gələn xəbər “Barselona”nı sevindirdi

13 Oktyabr 2025 15:40 İspaniya 652
Yamaldan gələn xəbər “Barselona”nı sevindirdi

“Barselona”nın ulduzu Lamin Yamal zədəsini beynəlxalq fasilə bitənədək tam sağalda bilər.

Əvvəllər 18 yaşlı futbolçunun “Jirona” ilə oyunu buraxacağı ehtimal edilirdi, ancaq İspaniya mediası artıq daha nikbin xəbərlər paylaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamal Kataloniya derbisində meydana çıxmağa hazır olacaq. Onun bərpa prosesi uğurla davam edir.

Bundan əlavə, Rafinya Dias və Fermin Lopes də “Jirona” ilə qarşılaşmanın iştirakçı siyahısına daxil ediləcək.

“Barselona” – “Jirona” oyunu oktyabrın 18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti