
İspaniya millisinin və “Barselona”nın sabiq hücumçusu David Vilya karyerasının ən önəmli keçidlərindən birini xatırlayıb.
O, 2010-cu ildə Kataloniya klubuna transfer olunub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq forvard, əvvəlcə o vaxt “Barsa”nın baş məşqçisi olan Pep Qvardiolanın onu şəxsən axtarmasına inanmayıb:
“Əvvəlcə düşündüm ki, məni aldatmaq istəyirlər. Qvardiolanın şəxsən əlaqə saxlamasına inana bilmədim.
Sonra Xavidən nömrəsini dəqiqləşdirdim və özüm də Pepə zəng etdim.
O, mənə necə oynadığımı və komandasında necə istifadə etmək istədiyini izah etdi. Qvardiola ilə söhbətdən sonra təklifə razılıq verdim”.
Vilya “Barselona”da 119 oyunda iştirak edib, komandaya 48 qol və 24 məhsuldar ötürmə ilə töhfə verib.